Yer kürəsinin ən varlı qadınının adı bəlli oldu

"Forbes" jurnalının versiyasına görə dünyanın ən varlı qadını "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.
BAKU.WS xəbər verir ki, onun sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.
Betankur-Mayers Dünyanın ən varlı insanlarının ümumi siyahısında 15-ci sıradadır.
Betankur-Mayers və onun yaxın qohumları "L`Oreal"ın 33%-nə sahibdirlər.
Qeyd edək ki, "Forbes"in versiyasına görə, Yür kürəsinin ən varlı kişisi "Amazon” şirkətinin təsisçisi Ceff Bezosdur. O, ikinci ildir ki, reytinqinə başçılıq edir. Ceff Bezosun var-dövləti $131 milliard dollar dəyərində qiymətləndirib. Bir il ərzində o daha $19 milliard zənginləşib.
Varlılar reytinqinin tam siyahısı bu gün - 5 martda dərc olunacaq.
www.anews.az
























