• $
  • €
  • ₽
  • ₺
  • £

QİÇS-in müalicəsi tapıldı

QİÇS-in müalicəsi tapıldı
29.05.2020 06:24
Böyük Britaniyada QİÇS-dən əziyyət çəkən pasiyent kök hüceyrəsinin köçürülməsi sayəsində sözügedən ölümcül xəstəlikdən qurtulub.

BBC-nin məlumatına görə, bu barədə "The Nature” nəşrində elmi məqalə dərc olunub.

Kliniki sınaqlarda könüllü olaraq iştirak etmiş xəstənin qanında 18 aydır ki, QİÇS alamətləri izlənilmir və o, artıq HİV-ə qarşı həblər qəbul etmir.

Habelə tədqiqatçılar onun tam olaraq HİV-dən azad olduğunu deməyin hələ çox erkən olduğunu hesab edir.

Ekspertlər QİÇS-in müalicəsinə bu innovativ praktikanın heç də bütün HİV xəstələrinin müalicəsində keçərli olmadığını etiraf etsə də, tədqiqatın nəticəsinin bu ölümcül xəstəliyə qarşı effektiv dərmanın hazırlanmasına kömək edəcəyini hesab edir.

Adı açıqlanmayan londonlu kişi pasiyentə 2003-cü ildə HİV diaqnozu qoyulub, 2012-ci ildə isə fəsadlaşma nəticəsində Hockin Limfomasına tutulub.

Sonuncudan qurtulmaq üçün kimya terapiyasından keçib və əlavə olaraq ona HİV-ə qarşı immuniteti olan donordan kök hüceyrəsi köçürülüb. Nəticədə, o, həm xərçəngdən, həm də QİÇS-dən qurtulub.

Bu, artıq kök hüceyrəsi transplantasiyası hesabına QİÇS-ə qalib gəlmə ilə bağlı ikinci haldır. 10 il əvvəl başqa bir şəxs Berlində iki dəfə kök hüceyrəsinin köçürülməsi əməliyyatı keçirmiş və nəticədə, HİV və Leykemiyadan azad olmuşdu.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol