• $
  • €
  • ₽
  • ₺
  • £

Feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləği 20 dəfə artıb

Feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləği 20 dəfə artıb
07.03.2019 08:57
Rusiya Dövlət Duması feyk xəbərlər yayanlara qarşı cərimələrin məbləğini 20 dəfə artırıb.

Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Duması ictimai əhəmiyyətli yalan məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Deputatlar Rusiya İnzibati Cəzalar Məcəlləsinin "Kütləvi informasiya azadlığından sui istifadə etmə” bəndinə düzəlişləri təsdiqləyiblər.

İkinci oxunuşda deputatlar KİV-lərdə və internetdə bilərəkdən saxta məlumatlar yayanlara qarşı cərimələrin məbləğini artırıblar.

Qanun layihəsinə görə, saxta məlumat yayan vətəndaşlar 30 min rubldan 100 min rubladək, vəzifəli şəxslər 60 min rubldan 200 min rubladək, hüquqi şəxslər 200 min rubldan 500 min rubladək məbləğlərində cərimə oluna bilərlər.

Bundan əlavə, feyk xəbər yaymaqla həyati vacib təşkilatların, o cümlədən nəqliyyatın və ya sosial infrastrukturun, rabitə, energetika, sənaye müəssisələrinin və digər təşkilatların işinə mane olan feyk xəbərlər, habelə insan tələfatına, sağlamlığa və əmlaka ziyan dəyməsinə, ictimai asayişin kütləvi şəkildə pozulmasına səbəb olan saxta xəbər yayılmasına görə cərimələrin məbləği artırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol