• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə İraq və Suriyaya müdaxilə edəcək - Qərar qəbul olundu

Türkiyə İraq və Suriyaya müdaxilə edəcək - Qərar qəbul olundu
29.05.2020 03:26

Türkiyə Böyük Millət Məclisi ölkəyə yönələn hücumların qarşısının alınmasını, təhlükəsizliyin təmin olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanun layihəsinə görə, Türkiyə ordusu İraq və Suriyada baş verən hadisələrə hərbi yolla müdaxilə edə bilər

ANN.Az türk mediasına istinadən xəbər verir ki, səsvermə zamanı qanun layihəsi 298 səslə qəbul edilib.Türkiyə parlamenti İŞİD silahlılarına qarşı hərbi müdaxilə barədə qərarı cihadçıların Suriya ilə sərhəddəki kürd bölgəsi Kobaninin ətrafındakı mühasirəni daraltdığı bir vaxtda qəbul edib. Xəbər verilir ki, Kobanidən olan qadınlar, qocalar və uşaqlar Türkiyə ərazisinə sığınsalar da, əli silah tutan kürdlər İŞİD-ə qarşı birləşiblər.Ankara bundan əvvəl İŞİD-ə qarşı fəal hərbi əməliyyatlardan boyun qaçırırıdı. Xəbər verilir ki, elə indi də prezident Erdoğan Ankarının beynəlxalq koalisiyanı “müəyyən şərtlər daxilində tam dəstəkləyəcəyini” bildirib. Cənab Erdoğan deyib ki, İİŞD-ə qarşı yalnız hava zərbələri problemin həlli deyil. O həmçinin bəyan edib ki, Suriyaya müdaxilədə Bashar al-Assad-ın devrilməsi Ankara üçün prioritetlərdən biri olaraq qalır, halbuki bu məqsəd beynəlxalq koalisiyanın gündəliyinə daxil deyil. Türkiyə həmçinin Suriya ərazisində bufer zonanın yaradılmasını istəyir ki, hazırda sığınacaq verdiyi qaçqınları orada yerləşdirə bilsin. Beynəlxalq insan haqları fəalları Türkiyənin bu planlarına etiraz edirlər. Onların fikrincə belə bir bufer zonası qaçqınların təhlükəsizliyini təmin etməyəcək. Bu arada Pentaqon bəyan edib ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya son beş gündə Kobani ətrafındakı İŞİD mövqelərinə azı 7 hava reydi keçirib. Cümə axşamı hava zərbələrinin endirilmədiyi və İŞİD-in Kobani ətrafındakı mühasirəni bir az da gücləndirdiyini xəbər verilib. Suriya insan haqları fəalları bildirirlər ki, təcili hərbi müdaxilə edilməzsə, mühasirədə olan Kobaninin süqutu qaçılmaz olacaq. Bəzi xəbərlərə görə İŞİD birləşmələri şəhərin 2-3 kilometrliyinədək yaxınlaşıblar. Bu arada BMT-nin yeni ali komissarı Zeid Raad Al Hussein İslam Dövlətini dinc əhalinin qətliamlarında, əsir əsgərlərin edam olunmasında, dini və mədəniyyət abidələrinin dağıdılmasında, adam oğurluğu və zorlamalarda ittiham edib və bu hərəkətlərin “hərbi cinayətlər miqyasında” olduğunu vurğulayıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol