İş adamı başına torpa keçirilərək öldürüldü

İstanbulda fabrik sahibi olan iş adamı qətlə yetirilib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı iş adamı Ömər Dinçkal bağ evində başına torba keçirilmiş və əli-qolu bağlanmış şəkildə ölü vəziyyətdə tapılıb.
Hadisəylə bağlı polis araşdırmaya başlayıb. Məlumata görə, onun cəsədini evdə çalışan işçi aşkar edib və dərhal polisə məlumat verib. Cinayətin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
www.anews.az
























