Dünya III Dünya müharibəsinə DOĞRU: analitik dəhşətli FAKTLARI AÇIQLADI

Mərkəzi Asiyada Çinin iqtisadi inkişafı, Hindistan-Pakistan münaqişəsinin aktivləşməsi və hətta Şimali Koreyanın beynəlxalq mövqelərinin möhkəmlənməsi mümkün görünən III Dünya müharibəsinin siqnalıdır.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın beynəlxalq siyasəti Amerika-Çin qarşıdurmasını gücləndirib və bu, öz növbəsində, Rusiyayla Çini ümumi düşmənə qarşı yaxınlaşdırır.
"Bu gün geosiyasi nöqteyi-nəzərindən Rusiya və Çin müttəfiqlər və partnyorlardır, bəlkə onlar haqqında "ittifaq” sözü tamamilə yerinə düşmür, amma onlar çox sıx, xüsusilə müdafiə və hərbi siyasi məsələləri üzrə sıx əməkdaşlıq edirlər. Bu, hər şeydən əvvəl ABŞ-ın Çin və Rusiya ilə bağlı hərəkətləriylə izah olunur. Əslində Çin və Rusiya bir çox aspektlər üzrə rəqiblərdir. Bu gün Çin yalnız cənub-şərqi Asiyada əsas iqtisadi oyunçu deyil, bu ölkə iqtisadiyyatda ABŞ-ın əsas rəqibidir. Çin Pakistan, Özbəkistan, Tacikistan və Qazaxıstanla sıx əməkdaşlıq edir. Bu ölkələrdən bəziləri bu postsovet məkanıdır, amma bu gün Rusiya iqtisadi olaraq əvvəlki kimi güclü deyil. Buna görə də Qazaxıstan, Özbəkistan və Tacikistan kimi ölkələr Rusiyanın iqtisadi təsir sahəsindən yavaş-yavaş çıxırlar. Rusiyada iqtisadi olaraq, Çinə cavab verməyə resurs yoxdur.
"Çinin razılığı olmadan heç vaxt belə danışıqlar olmazdı. Regionu azca tanıyan hamı anlayır ki, Çin heç vaxt Şimali Koreyanı atmayacaq, onlarda rəsmi müdafiə ittifaqı 1960-cı illərdə imzalanıb və hər 15-20 ildən daim uzadılır”.
Andrey Buzarov qeyd edir ki, Hindistan və Pakistan planetdə başqa bir qaynar nöqtədir. Onun sözlərinə görə, yenilənmiş münaqişə dünyanın parçalandığını növbəti dəfə əyani nümayiş etdirdi və ABŞ Pakistanı, Rusiya isə Hindistanı dəstəklədi.
www.anews.az
























