• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə “Boeing 737” ilə uçuşları dayandırdı

Türkiyə “Boeing 737” ilə uçuşları dayandırdı
12.03.2019 21:23
"Türk Hava Yolları”nın (THY) balansında olan 3 "Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.
Yenişafak.com xəbər verir ki, Türkiyə Mülki Aviasiya Təşkilatı belə bir qərar verib. 

 İstanbul Atatürk Hava Limanından səmaya qalxaraq Böyük Britaniyaya istiqamət götürən 3 təyyarənin geri qaytarılmasına səbəb martın 10-da "Efiopiya Hava Yolları”na məxsus "Boeing 737 Max 8” və eyni tipli təyyarələrin bundan əvvəlki qəzalarıdır.

Bildirilib ki, uçuşlar təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.
Hazırda THY-nin balansında 12 ədəd "Boeing 737 Max 8” təyyarəsi var.
Qeyd edək ki, Türkiyə ilə yanaşı Almaniya, Avstraliya, Sinqapur, Malayziya, Oman, Çin, Cənubi Koreya, Hindistan və digər ölkələrə məxsus ümumilikdə 26 aviaşirkət bu təyyarələrlə uçuşu dayandırıb.
Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines” şirkətinə məxsus  "Boeing 737” hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol