• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada terrorçular zərərsizləşdirildi

Rusiyada terrorçular zərərsizləşdirildi
14.03.2019 21:30
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Stavropol diyarının Şpakovsk rayonunda terror aktları törətməyi planlaşdıran şəxsləri zərərsizləşdirib.

Bu barədə "RİA Novosti” Milli Terrorla Mübarizə Komitəsinə (Rusiya) istinadən məlumat yayıb.

Martın 14-də FTX-yə Balki kəndi yaxınlığından bir qrup quldurun avtomobillə ötüb keçəcəyi ilə bağlı məlumat daxil olub.

"Hüquq-mühafizə orqanları əməkdaşları şübhəli avtomobili saxlamağa çalışan zaman içəridə olan şəxslər avtomat silahlardan atəş açıb, əl qumabarasından istifadə edib və ərazidən uzaqlaşmağa çalışıb”, - deyə Milli Terrorla Mübarizə Komitəsinin məlumatında deyilir.

Baş verən atışmada hər iki yaraqlı zərərsizləşdirilib. Operativ qərargahın məlumatına görə, onlar Volqoqrad vilayətində doğulub boya-başa çatıblar və Stavropol diyarına terror hücumları həyata keçirmək məqsədilə gəliblər.

"Onların İŞİD terrorçu qruplaşmasının tərəfdarları olduğu müəyyən edilib. Hadisə yerində silah-sursat və əl qumbarası aşkarlanıb”, - deyə komitənin məlumatında qeyd olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol