• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sosial şəbəkə fəaliyyətini dayandırdı

Bu sosial şəbəkə fəaliyyətini dayandırdı
01.10.2014 20:26
Sentyabrın 30-u “Google” şirkətinin ilk sosial şəbəkəsi "Orkut” üçün sonuncu gün olub. Belə ki, Braziliya və Hindistan kimi bir sıra inkişaf etməkdə olan ölkələrdə populyar olan "Orkut” layihəsi kommersiya baxımından sərfəli olmadığına görə fəaliyyəti dayandırılıb.    Şirkət sosial şəbəkəni bağlamaq barədə niyyətini iyunun 30-da açıqlayıb. “Orkut”-dan şəxsi məlumatları "Google Takeout” ilə 30 sentyabr 2016-cı ilədək köçürmək mümkün olacaq. Həmçinin yüklənmiş fotoşəkilləri “Google+” sosial şəbəkəsinə köçürməyə imkan yaradılıb. ABŞ şirkətinin rəhbərliyi istifadəçilərə minnətdarlığını bildirib və servisin bağlanmasına görə üzr istəyərək daha populyar servislərdən istifadəni məsləhət görüb. “Orkut”un bağlanması elan edildikdən sonra Braziliyada “VKontakte” sosial şəbəkəsinin istifadəçilərinin sayı iki sutka ərzində 2000 faiz artıb. Bundan başqa, braziliyalılar arasında “iOS” platforması üçün “ICQ” məlumat mübadilə servisinin mobil versiyası "App Store” mağazasında ən populyar əlavəyə çevrilib.  Xatırladaq ki, “Orkut” şəbəkəsi 10 il əvvəl yaradılıb və bir sıra ölkələrdə populyar olub. Lakin “Facebook” sosial şəbəkəsi yarandıqdan sonra “Google” layihəsi rəqabətə dözməyib. Bu səbəbdən internet şirkəti digər layihəni - “Google+” sosial şəbəkəsini inkişaf etdirməyə başlayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol