Milyonçu “səyahətçi” işi üçün 52 min dollar maaş təklif edir – Foto

Bir iş təsəvvür edin, səyahət zamanı pul qazana bilərsiniz. Çoxumuzun arzusudur. Avstraliyalı milyonçu səyahətçi-köməkçi işi üçün vakansiya olduğunu elan edib.
Bizimyol.info xəbər verir ki, Metyu Lepre ona səyahət zamanı işlərində kömək edəcək adama ildə 52 min dollar ödəməyə hazırdır. Avstraliyalı deyir: "Səyahətlə bir araya sığdırdığım işim həyatımı ideal edib. Qərara gəldim ki, kiməsə də belə ideal həyat yaşamaq şansı verim”.
Lepre bildirir ki, köməkçi nəinki səyahət etməyi bacarmalı, həm də kompüterlərdən başı çıxmalı, sosial şəbəkələrdə işləməyi bilməli, təşkilatçı və ambisiyalı olmalıdır. Yeni işçi öz rahatlığının sərhədlərini aşmağı da bacarmalıdır.
İşə qəbul üçün "YouTube” portalında Leprenin kanalına abunə olmaq kifayətdir. İş adamı özü seçim edəcək.
www.anews.az
























