Astana oldu Nur-Sultan

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 23-də ölkə paytaxtı Astana şəhərinin adını Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
"Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”, - sənəddə deyilir.
Qazaxıstan parlamenti ölkə paytaxtının adının dəyişdirilməsi ilə bağlı konstitusiyaya dəyişikliklər edib.
Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında birmənalı qarşılanmayıb.
www.anews.az
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Kasım-Jomart Tokayev martın 20-də parlamentdə ölkə paytaxtının adını Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsini təklif edib.
Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında birmənalı qarşılanmayıb.
www.anews.az
























