Azərbaycanlı gənc dəstəsi ilə Rusiyada supermarket yardı

Sankt-Peterburqun mərkəzində fəaliyyət göstərən "Pyatoroçka" şəbəkəsinə aid mağaza yeniyetmələr tərəfindən qarət olunub.
Anews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 25-də axşam saatlarında baş verib.
Polis əməkdaşları hadisə ilə bağlı yaşları 14-18 arasında olan 10 nəfəri saxlayıb.
Saxlanılanlar arasında 16 və 18 yaşlarında olanların heç yerdə oxuyub, işləmədiyi bəlli olub.
Bundan başqa onlardan ən böyüyünün Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.
www.anews.az
























