• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirildi

İlham Əliyevlə Vladimir Putin arasında görüş keçirildi
29.09.2014 23:17

APA-nın Rusiya bürosunun məlumatına görə, dövlət başçıları arasında keçirilən görüşdə iki dövlət arasında olan münasibətlər, IV Xəzər sammitinin yekunları müzakirə olunub.

 

V. Putin dünya iqtisadiyyatının problemlərinə baxmayaraq Rusiya və Azərbaycan münasibətlərinin ən həssas sahələrdə belə aktiv inkişaf etdiyini söyləyib: "İki dövlət arasında münasibətlər hər zaman dostluq, etimad əlaqələri kimi inkişaf edib. Dünya və Rusiya iqtisadiyyatının bəzi problemlərinə baxmayaraq həmin əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə inkişaf edib".

 

Xəzər sammiti Xəzəryanı ölkələrin mövqelərinin yaxınlaşmasında bir sıçrayış oldu.  Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirib: "Sizi təbrik etmək istəyirəm. Sammitdə tərəflərin mövqelərinin yaxınlaşması baxımından sıçrayış oldu. Vacib qərarlar qəbul olundu. Bu regionda qarşılıqlı fəaliyyətdə mühüm rol oynayacaq. Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə, çox şadam ki, bizim aramızda olan daimi dialoq davam edir. Biz keçən ay da görüşmüşdük, bu gün də... Bu bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddət ərzində ölkələrimizin nümayəndə heyətləri qarşılıqlı səfərlər ediblər”

 

Azərbaycan prezidenti bütün istiqamətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirib: “Həm iqtisadi sahədə, həm də siyasi, energetika və humanitar əməkdaşlıqla əlaqədar olan sahələrdə sahədə inkişaf var. Bir neçə gün sonra humanitar forum keçirəcəyik, hansı ki, Azərbaycan və Rusiyanın təşəbbüsü ilə yaradılıb. Bir sözlə, bütün istiqamətlərdə müsbət dinamikanı görürük. Fikrimcə, ölkələrimiz arasında gələcəkdə də qarşılıqlı fəaliyyətdə yaxşı anları izləyəcəyik".

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol