• $
  • €
  • ₽
  • ₺
  • £

“Foreign Affairs”: “Azərbaycan o qədər güclüdür ki...”

“Foreign Affairs”: “Azərbaycan o qədər güclüdür ki...”
29.09.2014 17:44
Bu gün ABŞ-ın Xarici Əlaqələr Şurası (Council of Foreign Relations) tərəfindən dərc edilən “Foreign Affairs” jurnalı Qarabağ məsələsi və Qafqaz üzrə tanınmış ekspert, Karnegi Fondunun proqram direktoru Tomas de Vallın Azərbaycanın xarici siyasət seçiminə dair məqaləsini dərc edib.
Virtualaz.org saytı xəbər verir ki, “Azərbaycan Qərbyönümlü olmaq istəmir. Bakının Böyük Strategiyası haqda ritorika və reallıqlar” başlıqlı məqalədə Tomas de Vall yazır: “Ukrayna böhranı digər postsovet ölkələrini də amansız xarici siyasət seçimi qarşısında qoydu".
“Foreign Affairs” jurnalında bu günlərdə dərc edilmiş məqaləsində London Universitet Kollecinin professoru Ceyms Yan şübhəli əsaslara dayanan təxribatçı arqument irəli sürüb.  Yan iddia edir ki, Azərbaycan seçim qarşısında qalıb.
“Ya Qərbdən dəstək almaq üçün liberal islahatalar aparmalı, eyni zamanda Rusiya və İranla oynamalı, ya da riskə gedərək tamamilə Qərbi seçməlidir” - deyə o yazıb.
Müəllifin fikrincə, bu analiz ondan irəli gəlir ki, Bakı həqiqətən Qərbin liberal ideyalarına sadiqdir. Həqiqət isə tamam ayrıdır: "Azərbaycan enerji sərvətlərindən istifadə edərək möhkəmlənib və indi özünü o qədər güclü hiss edir ki, üçüncü yolu seçir. O, Rusiyanın avtoritar modelini qəbul edir, eynu zamanda özünü Qərbin energetika və təhlükəsizlik məsələlərində “strateji tərəfdaşı” kimi təqdim edir. Stavka onadır ki, Rusiya və Qərb arasında seçim etmək məcburiyyəti qalmasın, Azərbaycan hər iki yolu istifadə edə bilsin. Ölkə elitası ümid edir ki, Birləşmiş Ştatlar və Avropa ilə tranzaksion münasibətlər onlara öz sərvətlərini artırmağa, eyni zamanda Azərbaycandakı oliqarxik siyasi sistemi təhdid altında qoymamağa imkan yaradacaq”.
Tomas de Vall hesab edir ki, bu plan hazırda sınaq dövründədir.
“Qərb liderləri buna daha çox diqqət yetirməli və özlərinə sual verməlidir ki, Azərbaycanın yeritdiyi indiki sərt xətt onun özü və ətrafı üçün nə deməkdir” - deyə ekspert vurğulayır.
“Foreign Policy” məqalənin ancaq bu hissəsini saytında yerləşdirib, qalan hissəsi isə abunəçilər üçün açıqdır.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol