• $
  • €
  • ₽
  • ₺
  • £

Adam öldürən çeçen Kadırovun bir sözü ilə polisə gəldi - VİDEO

Adam öldürən çeçen Kadırovun bir sözü ilə polisə gəldi - VİDEO
29.03.2019 16:59
Moskvada Mojay şossesində ölümlə nəticələnən ağır yol qəzasına səbəb olmuş "Gelandewagen” sürücüsü Müslim Cambekov polisə təslim olmağa qərar verib. O, etdiyi videomüraciətdə törətdiyi əmələ görə üzrxahlıq edib.

Bu barədə REN TV məlumat yayıb.

"Mən zərərçəkənlərin əzizləri və yaxınlarına başsağlığı verirəm. Öz xalqım qarşısında, Rusiya vətəndaşları qarşısında üzr istəyirəm. Anladım ki, belə davam edə bilməz və təslim oldum”, -deyə Cambekov bildirib.

Xatırladaq ki, bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvanın Mojay şossesində iki nəfərin ölümü ilə nəticələnən qəzada günahlandırılan şəxsi polisə gəlməyə və əməlinə görə cavab verməyə çağırmışdı.

Kadırov özünün "Telegram” kanalında respublikanın hüquq-mühafizə orqanlarını günahkarın yerini müəyyən etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə səsləmişdi.

Xatırladaq  ki, martın 24-də Mojay şossesində "Mercedes Gelandewagen” və "Niva” avtomobili toqquşub. "Niva” avtomobilinin sərnişinləri, ana və qızı hadisə yerində ölüb, ailənin başçısı olan sürücü ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol