Saakaşvilidən xəbərdarlıq: “Gürcüstan dünya xəritəsindən silinə bilər”

"Gürcüstan hökumət dəyişməsə 1-2 ildən dünya xəritəsindən silinə bilər”.
Bizimyol.Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq lideri Mixail Saakaşvili Tbilisi prezident kitabxanasında "Birlikdə Evimiz Gürcüstana” ictimai birliyinin təqdimat mərasiminə Skype ilə qoşulan zaman deyib.
Saakaşvilinin sözlərinə görə, onun prezidentliyi zamanı ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.
"Amma İvanişvili dövründə bu göstərici sıfıra bərabədir. Həmçinin, 1 milyon həmvətənimiz mühacirətdədir”.
www.anews.az
























