• $
  • €
  • ₽
  • ₺
  • £

113 milyondan çox insan kəskin aclıqla mübarizə aparır - BMT

113 milyondan çox insan kəskin aclıqla mübarizə aparır - BMT
03.04.2019 20:30
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) müharibələr və iqlim dəyişikliyinin səbəb olduğu fəlakətlərə görə 53 ölkədə 113 milyondan çox insanın kəskin aclıqla yaşadığını bildirib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, FAO-nun ərzaq böhranına dair hazırladığı 2019-cu il qlobal hesabatına görə, dünya əhalisinin üçdə ikisi aclıq təhlükəsinə məruz qalır. Bu insanların əksəriyyəti Yəmən, Demokratik Konqo Respublikası, Əfqanıstan və Suriya kimi müharibə ilə üzləşən ölkələrdə yaşayır.

Afrika ölkələri də FAO-ya görə bu problemdən nisbətsiz bir şəkildə təsirlənir. Qitədəki təxminən 72 milyon insan kəskin aclıqla yaşayır. Hesabata görə, qarşıdurmalar və təhlükəsizlik bunun əsas səbəbləri olsa da, iqtisadi silkələnmə və iqlim dəyişikliyinə bağlı quraqlıq və sel kimi faktlar da mühüm dərəcədə təsir göstərir.

FAO-nun fövqəladə hallar üzrə direktoru Dominik Burgeon hesab edir ki, qıtlığın sərhədində olan ölkələrdə əhalinin təxminən 80%-i əkinçiliklə məşğuldur.

D.Burgeon bu ölkələrin həm təcili humanitar yardıma, həm də kənd təsərrüfatını dəstəkləməyə kömək edəcək tədbirlərə ehtiyacı olduğunu deyir. O, Venesuelada davam edən siyasi böhrana da diqqət çəkərək yarana biləcək bir ərzaq böhranı barədə xəbərdarlıq edib.

Hesabat qlobal səviyyədə aclıqla bağlı çox az bir yaxşılaşma olduğunu da göstərir. Belə ki, 2017-ci ildə 124 milyon insan kəskin aclığa məruz qalıb.

FAO 100 milyon insanın aclıqla üzləşdiyinə dair illərdir davam edən vəziyyətin dəyişməsinin mümkünsüzlüyü barədə xəbərdarlıq edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol