İngilislər də İŞİD-i havadan vuracaq - Parlamentdə səsvermə

İngiltərə parlamentdəki üç böyük siyasi - Mühafizəkar, Liberal Demokrat və İşçi partiyaları İŞİD-lə mübarizə koalisiyası çərçivəsində hərbi-hava hücumlarına dəstək verməklə bağlı təklifə müsbət cavab verəcəkləri gözlənilir.Bu gün yerli vaxtla saat 17.00-da ingilis parlamentində ABŞ-ın liderlik etdiyi İŞİD mövqelərinin havadan vurulması əməliyyatlarına qoşulub-qoşulmamaqla bağlı təklif səsə qoylacaq.ANN.Az xəbər verir ki, təklifdə "İngiltərənin İŞİD-ə qarşı İraqdakı hava əməliyyatına qatılması İraq hökumətinin tələbilə ediləcəyi üçün qanuni olacağı" ifadə edilir. Parlamentdəki müzakirələr səsvermənin keçiriləcəyi saata qədər davam etməsi gözlənilir.Bəzi millət vəkillərinin buna qarşı çıxdığı deyilsə də, təklifin qəbul ediləcəyi gözlənilir. İşçi Partiyasının üzvləri Diane Abbott, Jeremy Corby və John McDonnell "Guardian" qəzeti üçün ortaq qələmə aldıqları məqalədə "İraqı partlatmaq vəziyyəti daha da pisləşdirəcək" fikri ilı çıxış ediblər.Qanunla İngiltərədə hökumətin hər hansı hərbi əməliyyata başlaması üçün parlamentin təsdiqi lazım deyil. Ancaq 2003-cü ildəki İraq müharibəsindən sonra alınan qərarları qanuniləşdirmək üçün ənənəvi olaraq parlamentin müzakirəsinə çıxarılır və səsə qoyulur.
ANN.Az
























