• $
  • €
  • ₽
  • ₺
  • £

İki tələbə “Apple” şirkətinə 900 min dollar “atıb” – İnanılmaz dələduzluq sxemi

İki tələbə “Apple” şirkətinə 900 min dollar “atıb” – İnanılmaz dələduzluq sxemi
06.04.2019 17:33
ABŞ-da Çindən olan iki tələbəyə qarşı dələduzluq ittihamı irəli sürülüb. Onlar xidmət mərkəzlərinə minlərlə saxta telefonu gerçək "iPhone” adı ilə sırıyıblar.

Bizimyol.info xəbər verir ki, Portlend şəhərində mühəndis təhsili alan Yanyan Çjou və Tsyuan Tszyan dələduzluqda ittiham olunurlar. Onlar 2017-ci ilin aprelindən keçən ilin martına qədər xidmət mərkəzlərinə 3069 saxta telefon təqdim ediblər. Cihazları onlara Çindən dostları və qohumları göndərirmiş. Tələbələr mərkəzlərə müxtəlif uydurulmuş adlarla yaxınlaşır, telefonun təmirə ehtiyacı olduğunu bildirirmiş. Təmir edilə bilməyənlərin əvəzinə yenisi verilirmiş.
Onların cəhdlərindən yarısı uğurlu alınıb. Məhkəmə sənədləri deməyə əsas verir ki, tələbələr bu yolla 1493 yeni telefon əldə ediblər. Sonra cihazları Çinə satmağa göndərirlərmiş. Beləcə, "Apple” şirkətinə 896,8 min dollar ziyan vurublar.

Dələduzluğu ABŞ-ın gömrük və sərhəd nəzarəti xidməti üzə çıxarıb. Onlar gömrükçülərin diqqətini ardıcıl beş dəfə saxta telefon göndərişi almaqla çəkib. Keçən ilin martında Tszyanın evində axtarış aparılıb, 300 telefon aşkar edilib. Tələbələr günahını boynuna almır.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol