• $
  • €
  • ₽
  • ₺
  • £

Ətraf mühiti ən çox çirkləndirən ölkələr - SİYAHI

Ətraf mühiti ən çox çirkləndirən ölkələr - SİYAHI
26.09.2014 11:03

Dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələrin siyahısı açıqlanıb. 

ANN.Az-ın "euronews.com"a istinadən xəbərinə görə, Avropa Birliyi dünyada qlobal istiləşməyə və parnik effektinə səbəb olan karbon dioksidin (CO2) buraxılmasına görə dünyada dördüncü yerdədir.  

Avropa Birliyinin Qlobal Karbon Layihəsinin məlumatına görə, 2013-cü ildə bu sahədə Avropa Birliyində 1.8% azalma, Hindistanda 5%, Çin və ABŞ-da isə artım müşahidə olunub. Dünyada ətraf mühiti ən çox çirkləndirən ölkələrin top-10-luğu belədir, rəqəmlər CO2-ni milyon tonla göstərir:

1. Çin --> 9977

2. ABŞ --> 5233

3. AB --> 3487

4. Hindistan --> 2407

5. Rusiya --> 1812

6. Yaponiya --> 1246

7. Almaniya --> 759

8. Cənubi Koreya --> 616

9. İran --> 611

10. Səudiyyə Ərəbistanı --> 519

Sentyabrın 22-də Nyu Yorkda keçirilən iqlim sammitində dünya liderləri problemin həlli üçün konkret addımların atılacağını bildiriblər. Alimlər bildirirlər ki, havaya CO2-nin buraxılması indiki səviyyədə qalsa, havanın temperaturu 30 il müddətində 2 selsi dərəcənin altında qalacaq. 

 İlk dəfə olaraq Avropa Birliyi ilə Çinin CO2 buraxılmasının səviyyəsi adambaşına görə bərabərləşib. Çinin tullantıları ABŞ və Avropa Birliyinin cəmindən daha çoxdur. Çin tullantıların ancaq 16%-dən mallar və xidmətlər üçün istifadə edir. 

Avropa Birliyinin İqlim fəaliyyəti üzrə komissarı Konni Hedeqard "Tvitter" hesabında iqlim dəyişikliyi problemini Çinin iştirakı olmadan həll etməyin mümkünsüz olduğunu bildirib.

Avropa Birliyində havanı çirkləndirən ölkələrin top-10-luğu belədir:

1. Almaniya --> 759

2. Britaniya --> 462

3. İtaliya  --> 353

4. Fransa  --> 344

5. Polşa  --> 312

6. İspaniya  --> 240

7. Hollandiya --> 165

8. Çex Respublikası --> 101

9. Belçika --> 99

10. Rumınya --> 76 

İspaniya, Rumıniya, Yunanıstan, Bolqarıstan, Litva və Birləşmiş Krallıq son 12 ayda tullantıları əvvəlki illərə nisbətən azaldıblar. 

 ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol