Qırğızıstan daha 7 ölkə üçün vizanı ləğv etdi - SİYAHI

Qırğızıstan hökuməti aprelin 9-dan 7 ölkə vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi barədə qərar qəbul edib.
Anews.az Trend-ə istinadən bildirir ki, həmin ölkələr Monteneqro, Andorra, Braziliya, San-Marino, Çili, Argentina və Omandır. Həmin ölkələrin vətəndaşları 60 gün vizasız Qırğızıstana getmək imkanı qazanıblar.
Qeyd edək ki, Bolqarıstan, Kipr və Rumıniyanın adları da vizasız ölkələr siyahısına daxil edilsə də, parlamentdə səsvermə zamanı adları siyahıdan çıxarılıb.
www.anews.az
























