Ən çox ölüm cəzası verilən ölkələr açıqlandı

2018-ci ildə dünyada ölüm cəzalarının sayı təxminən 31 faiz azalıb.
Bu barədə "Amnesty İnternational” insan haqları təşkilatının rəsmi saytında hesabat dərc olunub.
Ən çox edam halları Çin, İran, Səudiyyə Ərəbistanı, Vyetnam və İraqda qeydə alınıb.
Bu arada, İran, İraq, Pakistan və Somalidə ölüm cəzası daha nadir hal almağa başlayıb.
Məsələn, İranda edamların sayı 50 faiz azalıb. Digər yandan, Belarus, Yaponiya, Sinqapur, Cənubi Sudan və ABŞ-da ölüm cəzası hallarının artımı müşahidə olunur.
www.anews.az
























