“Boeing” bir təyyarə belə sata bilmir

Efiopiyada "Max 8” sərnişin təyyarəsinin ("Boeing 737” modeli) qəzaya uğramasından sonra "Boeing” şirkəti mart ayında satışla bağlı bir müqavilə belə bağlamayıb.
Məlumata əsasən, "737” ailəsindən olan təyyarələr qalmaqala qədər şirkətin ən populyar laynerləri sayılırdı. Yeddi il ərzində ilk dəfədir ki, şirkət bir təyyarə belə sata bilməyib.
Qəzetin yazdığına görə, təyyarə qəzasının səbəbləri ilə bağlı KİV-də yayılan informasiya potensial alıcılar arasında inamsızlığın daha da artmasına gətirib çıxarıb.
www.anews.az
























