• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: "Ancaq amerikalını öldürən terrorist hesab edilməlidir?"

Lavrov: "Ancaq amerikalını öldürən terrorist hesab edilməlidir?"
25.09.2014 14:36

BMT Baş Məclisinin 69-cu sessiyasında sərt çıxışı ilə yadda qalanlardan biri də Rusiya xarici işlər naziri Sergey Lavrov olub.

ANN.Az saytı CİHAN-a istinadən xəbər verir ki, Lavrovun əsas hədəfi ABŞ olub: "Əgər biz terrorla mübarizə aparacağıqsa, onu hər zaman və hər yerdə aparmalıyıq. Əgər istəmədiyiniz liderləri hakimiyyətdən salan terroristləri yaxşı hesab edirsinizsə, bu, gözlərinizi terrora qarşı qapatmaq kimi qəbul edilməlidir. Bu məntiqlə yalnız amerikalıları öldürən terrorist hesab edilir"."Nəyə görə indiyə qədər ABŞ İŞİD təhdidini görməzdən gəlirdi" - sualını verən Lavrov "Nəyə görə terrorla mübarizə məsələsində ikili standartdan istifadə olunur? Nəyə görə bizim Suriya hakimiyyəti və vətənsevər Suriya müxalifəti arasında vasitəçilik etməyimiz, sülh əldə etmək cəhdimiz dəstəklənmir" - təpkisini verib.ABŞ prezidenti Barak Obamanın BMT Baş Məclisindəki çıxışı zamanı "ABŞ-ın dünyaya baxışı" ifadələrinə münasibət sərgiləyən Lavrov  ABŞ prezidenti özünün və ölkəsinin ayrı-seçkilik salan dünyagörüşünü tənqid edib. Obamanın çıxışının barışcıl olmadığını vurğulayan Rusiya XİN rəhbəri "Obmanın dünyanın daha azad və təhlükəsiz vəziyyətə gətirilməsi ilə bağlı açıqlamaları çox qəribədir. Bu açıqlamalar ciddi şəkildə verildimi? Anlamadım. Bir zamanlar Corc Oruell "Həqiqətlər nazirliyi" deyə bir qurum fikirləşmişdi. Deməli, bu düşüncə keçmiş tarixə çevrilməyib və hələ də ABŞ-da dünyagörüşü olaraq istifadə edilir" - deyərək fikrini ifadə edib

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol