• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in hakimiyyəti altındakı qadınların həyatı - Gizli Video

İŞİD-in hakimiyyəti altındakı qadınların həyatı - Gizli Video
25.09.2014 11:41

Raqqadan olan suriyalı bir qadın 18 ay əvvəl İŞİD tərəfindən işğal olunan şimal şəhərlərindəki gündəlik həyatı gizlicə videoya çəkib. 

ANN.Az-ın İngiltərənin Teleqraf qəzetinə istinadən verdiyi xəbərə görə, videonun fevral-aprel aylarında çəkildiyi güman edilir. Videoda qələbəlik küçələrdə hərəkət edən silahlı qadın və kişilər gözə dəyir. Çiynində kalaşnikov avtomatı olan bir qadın əlində uşaqla oyun baxçasına daxil olur. 

Bir an yaxınlıqdakı maşında əyləşən kişilər video çəkən qadına yaxınlaşıb onu tənbeh eləməyə başlayırlar:

- Ey, bura gəl! Sən camaat arasında özünü daha yaxşı aparmalısan

- Noolub ki?

- Biz sənin üzünü görürük. 

- Doğurdan? Mən çox üzr istəyirəm. Deyəsən, mənim niqabım şəffafdı. Bağışlayın. 

- Sən onu taxanda diqqətli olmalısan. Allah qapalı qadınları sevir. 

- Başa düşdüm. Oldu. 

Şəhərdə niqabla gəzmək, ibadət etmək məcburidir, musiqi, əyləncə qadağan edilib. On minlərlə suriyalı qadın, kişi bu qəbildən olan müxtəlif qadağalar altında əziyyət çəkir. 

Sonra qadın internet kluba daxil olur və burada o, Fransadakı ailə üzvləriylə danışan qadınları lentə alır. Kompüterlərin arxasındakı qadınlar fransızca səlis danışırlar. Qadınlar onları ümidsüzcəsinə geriyə - Fransaya çağıran ailə üzvlərini inandırmağa çalışırlar ki, onlar burada xoşbəxtdirlər və qayıtmaq fikirləri yoxdur. Qadınlardan biri valideynini xəbərlərdə göstərilənlərə inanmamağa çağırır: "Ana, mən sənə açıq-aydın deyirəm, mən qayıtmayacam. Sən birdəfəlik bunu beyninə yerləşdir, mənim qayıtmıram.  Mən bura gəlmək üçün boş yerə risk eləməmişdim ki, yenidən Fransaya qayıdım. Ana, mən ona görə qayıtmaq istəmirəm ki, buradakı həyatım daha yaxşıdı. Göz yaşı tökməklə, qorxmaqla heç nə əldə eləyə bilməzsən. Televizorda göstərilənlərin hamısı yalandı. Başa düşürsənmi? Mən and içirəm, yalandı hamısı. Anlayırsanmı? Onlar hər şeyi şişirdirlər".

Video bu həftə Fransanın France 2 telekanalında nümayiş olunub. Telekanalın açıqlamasına görə, qadınların çoxu Suriyaya döyüşən ərlərinə görə, ya da evlənmək üçün gəlirlər. Suriyada militant radikal qruplaşmalar daxilində təxminən 150 fransız qadının olduğu güman edilir. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol