• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qız Türkiyədə özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim...”

Azərbaycanlı qız Türkiyədə özünü 42-ci mərtəbədən atdı: “Sizə layiq övlad ola bilmədim...”
16.04.2019 12:39
Türkiyənin Konya şəhərinin Selcuklu rayonunda 21 yaşlı azərbaycanlı qız Aysun Y. özünü biznes mərkəzinin 42-ci mərtəbəsindən atıb.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o təxminən 100 metr hündürlükdən beton səthə düşərək yerindəcə keçinib.

Hadisə ötən gün saat 12.00-da, plazanın sonuncu mərtəbəsindəki restoranda baş verib. Biznes mərkəzinin restoranına müştəri kimi gələn Aysun Y. bir müddət sonra restoranın terrasına keçərək özünü atmaq istəyib. Bu zaman restoran işçiləri ona mane olmağa çalışıblar, lakin qız üstündə gəzdirdiyi bıçağı çıxararaq onları hədələyib. Bıçaqla özünə xəsarətlər yetirən Aysun daha sonra özünü 42-ci mərtəbədən atıb. Beton üzərinə düşən qızı görən işçilər polis və təcili yardım çağırıblar. Lakin təcili yardım əməkdaşları gələnə qədər qız hadisə yerində keçinib.

Hadisə baş verən ərazidə işləyən polis əməkdaşları mərhumun çantasından ailəsinə yazdığı məktub tapıblar. Əl yazısı ilə yazılan məktubda "Sizə layiq bir övlad olmadım. Məni bağışlayın. Mən sənə də layiq olmadım. Səni çox sevdim. Məni boyunbağımla birlikdə dəfn edin” sözləri yazılıb.

Gənc qızın cənazəsi Konya Nümunə Xəstəxanasının morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu son bir neçə eyni binanın 42-ci mərtəbəsindən ataraq intihar edən ikinci azərbaycanlıdır. Ötən ilin oktyabr ayında  23 yaşlı Tehran Alimov da həmin binadan özünü ataraq intihar etmişdi. O, bir müddət reanimasiyada müalicə alsa da həkimlər Tehranın həyatını xilas edə bilmədilər və o, 37 gün sonra vəfat edi. Bu binada intiharların tez-tez baş verdiyinə görə yaxınlıqda yaşayanlar  biznes mərkəzində  tədbir görülməsini istəyiblər.

Özünü atıb öldürən gənc azərbaycanlı qızın Türkiyədə nə işlə məşğul olduğu haqda əlavə məlumat yoxdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol