• $
  • €
  • ₽
  • ₺
  • £

Ögey atasının soyadını daşıyan dünyanın ən varlı ADAMI

Ögey atasının soyadını daşıyan dünyanın ən varlı ADAMI
23.04.2019 09:00
Anews.az Modern.az-a istinadən dünyanın ən varlı adamının qısa həyat hekayəsini təqdim edir.

Ceff Bezos 12 yanvar 1964-cü ildə Nyu-Meksiko ştatında dünyaya gəlib. Valideynlərinin evliliyi bir ildən artıq davam etməyib və Ceff doğulandan sonra onlar boşanıblar. 5 yaşı olarkən anası ABŞ-a təhsil almağa gələn kubalı Migel Bezos ilə ailə qurub. Ona görə də Ceff ögey atasının soyadını daşıyır.

Ceff gənc yaşlarında olarkən ailəsi Mayamiyə köçür. Prinston universitetində elektron mühəndisliyi üzrə təhsil alır. Universiteti bitirənə yaxın, Ceff proqramçı kimi çalışmağa başlayır. O, "Wall Street", "Fitel", "Bankers Trust" və " Shaw" şirkətlərində işləyib. Onun ilk startapı xəbərləri faks vasitəsi ilə çatdıran servis olub. 
2013-cü ildə o, "The Washington Post” amerikan nəşriyyat evini 250 milyon dollar satın alıb.
Biznesə marağı və gəlişi


O, bir onlayn mağaza yaratmaq arzusunda idi. Ancaq bu layihə üçün maliyyə lazım idi. Ceffin layihəsi ciddi qarşılanmadığından investor tapa bilmirdi. Yalnız valideynləri ona görə risk etmiş oldular və 5 il sonra Bezos artıq dünyanın zəngin insanlarından oldu.

Bezos işə başlamazdan öncə satış bazarını analiz edir və bu qənaətə gəlir ki, poçt vasitəsilə satılan mallar arasında kitabların satışı zamanı kiçik tələbatdan istifadə edilir. Çünki böyük kataloqları göndərmək baha başa gəlirdi. Bu tip informasiyaları internetdə yerləşdirərək asanlıqla geniş auditoriyaya çatdırmaq mükəmməl bir iş idi.

Bezos öz sərvətini informasiya texnologiyaları sənayəsində toplayıb. Onun başlıca aktivi  "Amazon” internet mağasasıdır, hansı ki, mövcud olduğu 25 il ərzində kitab satışını həyata keçirən kiçik bir meydançadan, hər şey ilə ticarət edən dünyada ən nəhəng onlayn riteylərə çevrilib. Bezosun daha bir yetişdirməsi "Blue Origin” aerokosmik şirkətidir. Bu ildən Yerin orbitinə turist putyovkaları satmağı planlaşdırır və ilk qrupdaca milyarderin özü də kosmosa səfərdə iştirak etməyə hazırlaşır.
"Amazon”


Bezos 1994-cü ildə şəxsi şirkətini – "Amazon.com"u təsis edib. Ceff onda öz qərarını belə xarakterizə etmişdi:
"Mən həqiqətən bu ağılsızlığı etməyə hazırlaşıram. Mən internet vasitəsilə kitabların satışı ilə məşğul olacaq şirkətin əsasını qoymaq niyyətindəyəm".


1999-cu ildə "Amazon.com"un satış həcmi 8 milyard dollara çatır. Həmin il "The Times" jurnalı onu "ilin adamı" adlandırıb.
27 iyun 2017 tarixində "Amazon”un 2-ci rüblük gəlirlərinin 1.46% qalxmasından sonra Ceff Bezos dünyanın ən varlı adamı olan "Microsoft”un sahibi Bill Geytsi geridə qoydu. Onun əsas sərvəti "Amazon”un payına düşür. Hazırda Bezosun sərvəti 157 milyard ABŞ dolları təşkil edir. Bill Geyts isə ikinci yerdərir.


Hazırda "Amazon” şirkətinin bütün dünya üzrə 500 min əməkdaşı çalışır. Bezos müdir kimi çox tələbkardır. Hətta belə şayiələr gəzir ki, o qəzəbin idarə olunması üçün mütəxəssis də işə götrübmüş. Onun şirkətində əməkdaşlara digər amerikan şirkətlərindən fərqli olaraq, gərginliyin azaldılması məqsədi ilə qida, masaj və digər əyləncələr təklif olunmur, amma, bu heç də Ceffin şirkətinin kapitallaşmaya görə dünyanın ən nəhəng şirkəti olmasına maneə ola bilməyib. Şirkətin kapitallaşması 700 milyard dollar təşkil edir, amma ehtimal olunur ki, bir neçə ilə bu 1 trilyona çata bilər və tarixdə ilk olcaq.


"Blue Origin”


Bezos "Amazon”u, ardınca da "Blue Origin”i yaratdıqda onun ideyalarının uğur qazanacağına az adam inanırdı. Lakin Ceff həmişə deyirdi: "Mən sınaqdan çıxarmasam, sonra peşman olacam”. 

İndi ondan "biznesdə uğurunun başlıca sirri nədir” soruşduqda, belə deyir: "Biznesdə geniş yayılmış budur: niyə? Bu yaxşı sualdır, lakin ondan daha qiymətli: niyə də yox?”.


Ceff Bezos-un həyatından bizim üçün maraqlı 2 fakt:


O, "Start Trek: nəhayətsizlik filmində yadplanetli rolunda çəkilib.
O, eynicinslilərin nikahlarının lobbiçiliyi üçün 2.5 milyon dollar xeyriyyəçilik edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol