Zelenskinin şoumen kimi sonuncu çıxışının tarixi bəlli oldu

Ukraynada 21 aprel prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin sonuncu şousunu təqdim edəcəyi tarix açıqlanıb.
Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, mayın 25-də Kiyevdə yerləşən Oktyabr Sarayında tamaşaçılar qarşısına çıxacaq.
Şoumen məşhur "Gülüş liqası" televiziya yumoristik şousunda iştirak edəcək.
Qeyd edək ki, V. Zelenski 73 faiz səslə Ukrayna prezidenti seçilib.
www.anews.az
























