• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidenti qonşu ölkələrə xəbərdarlıq edib

İran prezidenti qonşu ölkələrə xəbərdarlıq edib
24.04.2019 19:49
"Biz həmişə müzakirə və diplomatiya tərəfdarı olmuşuq, lakin əgər döyüş baş verərsə, meydandan da qaçmarıq”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında çıxışında deyib.
ABŞ-ın həmişə müzakirə dekorasiyası göstərdiyini bildirən H.Ruhani qeyd edib ki, ABŞ bütün təzyiqləri götürsə və öz qanunsuz addımlarına görə üzr istəsə, qarşılıqlı hörmət prinsipi ilə müzakirələr ola bilər.
ABŞ-ın uzun illərdir İrana qarşı müxtəlif uğursuz siyasi və iqtisadi məhdudiyyətlər tətbiq etdiyini deyən H.Ruhani bildirib ki, ABŞ iqtisadi sahələrdə də tətbiq etdiyi sanksiyalarla öz məqsədlərinə çatmayacaq: "Əlbəttə ki, bu təzyiqlərin xalqın gündəlik həyatında çətinlik yaratması təbiidir, lakin İran xalqı çox yaxşı bilir ki, təcavüzkarların qanunsuz addımları qarşısında müqavimətdən başqa yol yoxdur.
İran prezidenti deyib ki, ABŞ müzakirə üçün hazır deyil: "Etdiyi əməllər İran xalqını məğlub etmək üçündür və istəyi budur ki, yenidən İrana qayıtsın. Biz ABŞ-ı öz zülm və qanunsuz addımlarına görə peşman etməliyik. Sübut etməliyik ki, ABŞ səhv edib. Öz hesablamalarını düzgün aparmadığını anlayandan sonra məntiq və dəlillə problemləri həll etmək istəsələr, biz buna hazır olacağıq”.
İranın qonşu ölkələrlə çox yaxşı münasibətdə olduğunu bildirən H.Ruhani qeyd edib ki, bir-iki qonşu ölkə Səudiyyə Ərəbistanı və BƏƏ-nin təzyiqi ilə münasibətləri gərginləşdirir: "Onlar bilməlidir ki, bu gün onların yaşaması İslam Respublikasının ağıllı davranışına görədir. Əgər İslam sisteminin başçıları, Ali RəƏhbər və mərhum Ayətullah Rəfsəncani Səddamın Küveytə hücumu zamanı dəqiq və doğru qərar verməsəydilər, bu gün o ölkələrdən əsər-əlamət qalmazdı”.
H.Ruhani bildirib ki, Səddam həmin dövrdə Haşimi Rəfsəncaniyə məktub yazaraq, açıq şəkildə İranla 800 kilometrlik müştərək sərhədə sahib olacağını demişdi: "Bu onu göstərir ki, Səddam Küveytdən başqa Səudiyyə Ərəbistanı, Oman, BƏƏ və Qətəri də işğal etmək niyyətində idi. Həmin dövrdə Səddam mesaj göndərirdi ki, körfəzi işğal etmək istəyir, siz də qoşulun və şərik olun. Lakin İran İslam Respublikasının rəhbərliyi o dövrdə ağıllı davrandı, bu ölkələr bunu unutmamalıdırlar. Siz bilmirsiniz ki, Donald Trampın hakimiyyəti sona çatacaq və burda qalan sizinlə uzun illər qonşu olan ölkədir? Biz sizi məhv olmağa qoymadıq, indi necə bizimlə düşmənçilik edirsiz? İran xalqı bu çətinlikləri geridə qoyacaq, amma bilməlisiniz ki, səhv iş görürsüz. Bəzi qonşu ölkələr bilsinlər ki, etdikləri hərəkətlər və dedikləri sözlər tarixdə qalacaq, gələcəkdə xalqlarınız sizi məzəmmət edəcək. Tarix boyu İran xalqı sizə yaxşılıq edib və sizdən pisliklə cavab alıb. Bu, qonşuluq və qardaşlıq məntiqi ilə uyğun gəlmir. İran regionun əsas güclərindəndir və əgər başqa iradəsi olsa və istifadə etsə, bu, sizin ziyanınıza olacaq. Ona görə elə yol seçin ki, region xalqları, dünya və bazarın xeyrinə olsun”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol