• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya iqlim dəyişikliyi probleminə görə ayağa qalxdı - VİDEO

Dünya iqlim dəyişikliyi probleminə görə ayağa qalxdı - VİDEO
22.09.2014 13:28

Tarixin ən böyük iqlim müdafiəsi yürüşü 

Nyu-Yorkda və dünyanın müxtəlif şəhərlərində iqlim problemlərinə diqqət çəkmək üçün böyük yürüşlər keçirilib. 

ANN.Az-ın "euronews.com"a istinadən xəbərinə görə, Nyu-Yorkun Mərkəzi Parkında keçirilən yürüşə BMT-nin Baş katibi Pan Ki-Mun və ABŞ-ın keçmiş vitse-prezidenti Al-Qor da qatılıb. 

"İqlim dəyişikliyi müasir dövrümüzüz təxirəsalınmaz problemidir, bizim itirməyə vaxtımız yoxdur. Əgər biz indi hərəkətə keçməsək, sonra çox gec olacaq", - Pan Ki-Mun bildirib. 

Yürüşlər Rio de Janeyro da daxil olmaqla, Latın Amerikasında da keçirilib, insanlar dayanmadan şüarlar qışqırıblar: "Dəyişiklik, dəyişiklik, dəyişiklik".

Berlin yürüşünün iştirakçıları bildirib ki, onlar əmin olmaq istəyirlər ki, iqlim dəyişikliyi problemi dünyanın digər problemi arasında kölgədə qalmayacaq. 

"Biz inanırıq ki, Nyu-Yorkdakı BMT İqlim dəyişikliyi sammiti  həlledici olacaq. Buna görə biz siyasi mesaj göndərmək istəyirik. Biz eşitmək və görmək istəyirik ki, siyasətçilər iqlim dəyişikliyi ilə bağlı nəsə edəcəklər", təşkilatçılardan biri deyib. 

Belçikada və Avstraliyada da minlərlə insan iqlim problemləriylə bağlı aksiyada iştirak edib, şüarlar səsləndirib. 

Qeyd edək ki, sabah BMT-də İqlim Dəyişikliyi problemiylə bağlı sammit keçiriləcək. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol