NATO: Ukraynadakı atəşkəsin sadəcə adı var

NATO Avropa Müttəfiq Qüvvələrinin komandanı Filip Bridlove Ukrayna ilə Rusiyameylli seperatçılar arasında döyüşlərin davam etdiyini bildirərək, iki həftə əvvəl razılaşdırılan atəşkəsin kağız üzərində olduğunu bildirib.
ANN.Az-ın "BBC"yə istinadən xəbərinə görə, komandan qarşılıqlı top zərbələrinin səviyyəsinin atəşkəsdən əvvəlki dövrdən fərqlənmədiyini qeyd edib.
Ukrayna Rusiyanın seperatçıları silahlandırdığını bildirir, Rusiya isə bunu rədd edir.
Ukrayna ordusu ilə şərqdəki seperatçılar arasında Apreldən bu yana davam edən müharibədə 3000-dən çox insan ölüb. 5 sentyabrda əldə edilən atəşkəs tez-tez pozulur.
NATO komandanı Litvanın paytaxtı Vilnyusda NATO komandanlarının toplantısından sonra verdiyi açıqlamada bildirib: "Hazırda Ukraynada vəziyyət yaxşı deyil. Son bir neçə gündür ki, top zərbələrinin səviyyəsinin atəşkəsdən əvvəlki dövrdən fərqi yoxdu. Atəşkəsin sadəcə adı var"
Bridlove keçən həftədən bu yana Ukrayna ərazisindəki bəzi Rus əsgərlərinin geri çəkildiyini, ancaq bu birliklərin hər an Ukraynaya qayıda biləcək şəkildə yerləşdirildiyini vurğulayıb.
NATO Baltik ölkələri daxil olmaqla, Rusiyayla sərhədi olan ölkələrdə hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır.
ANN.Az
























