• $
  • €
  • ₽
  • ₺
  • £

Zelenskidən Putinə mesaj - “Ukraynalıları pasportunuzla aldatmayın”

Zelenskidən Putinə mesaj - “Ukraynalıları pasportunuzla aldatmayın”
29.04.2019 14:19
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə ilk dəfə müraciət edib.

"Qafqazinfo”nun xəbərinə görə, o, feysbuk səhifəsində Ukrayna və rus dillərində post paylaşaraq Rusiya hökumətinə Ukrayna vətəndaşlarını bu ölkənin pasportları ilə aldatmamağı məsləhət görüb.

"Bu prosesə vaxtınızı itirməyin. Bəlkə kimsə bununla qazanc əldə etmək və ya cinayət istintaqından qaçmaq cəhdi üçün razılaşacaq”, - deyə Zelenski bildirib.

O, bu məqamda Ukrayna vətəndaşlarının siyahısını təqdim etməyə hazır olduğunu əlavə edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edən yüksək vəzifəli məmurlar üçün yaxın zamanlarda ölkədə yaşamağın narahat olacağını söyləyib:

"Biz, ukraynalılar öz ölkəmizdə söz azadlığına, azad KİV və internetə sahibik. Buna görə də Rusiya pasportunun nə üçün verildiyini həqiqətən yaxşı bilirik. Rusiya pasportu dinc etirazlara görə həbs olunmaq, azad və rəqabətin olduğu seçkilər hüququna malik olmamaq, azad insan hüquqlarının olmamağı deməkdir. 

Ukrayna vətəndaşı olmaq- bu, azadlıq, şərəf və qürurdur. Bu, müdafiə etdiyimiz və edəcəyimiz vətəndaşlıqdır. Ukrayna keçmiş sovet ölkələri üçün demokratiyanın nümunəsi kimi xidmət etmək missiyasından imtina etməyəcək”.

Zelenski rəsmi Moskva ilə danışıqlara hazır olduğunu da bəyan edib: "Ümid edirəm ki, növbəti Normand formatında görüşdə Rusiya gərginliyə son qoymağa hazır olduğunu nümayiş etdirəcək. Bu hazırlığın konkret təsdiqi vətəndaşlarımızın "bütünlüklə” qarşılıqlı mübadiləsi olmalıdır. İstisnalar olmamaqla... Biz Ukrayna və Rusiya vətəndaşlarının birgə yaşaması üçün yeni şərtləri müzakirə etməyə hazırıq”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də Ukraynanın şərqində Rusiyayönümlü separatçıların nəzarətində olan Donetsk və Luqansk vilayətlərində yaşayanlara Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran sərəncam imzalayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol