• $
  • €
  • ₽
  • ₺
  • £

“Putin bu məsələni Ərdoğanla müzakirə edib…” – Saakaşvilidən sensasion iddia

“Putin bu məsələni Ərdoğanla müzakirə edib…” – Saakaşvilidən sensasion iddia
30.04.2019 14:12
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rusiya dövlət başçısı Vladimir Putinin onun haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

Saakaşvili onun Ukraynadan çıxarılmasını Ukrayna Prezidenti Petro Poroşenkodan istəyən şəxsin Putin olduğunu iddia edib.

Sabiq prezidentin iddiasına görə, Vladimir Putin təkcə Ukraynadan yox, Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycandan da onun bu ölkələrə buraxılmamasını istəyib:

"Mənim məlumatıma görə, Putin 2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məsələni müzakirə edib”.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın seçilmiş Prezidenti Vladimir Zelenskiyə insan haqlarının qorunması işinə Mixail Saakaşvilinin nümunəsində gürcülərdən başlamağı məsləhət görüb.

Putin Saakaşvilinin "qanunsuz olaraq vətəndaşlıqdan məhrum edildiyini, qanunsuz olaraq ölkədən xaric edildiyini” xatırladıb. Deyib ki, bu günkü Ukrayna rejiminin təqiblərindən yaxa qurtarmaq üçün qürbət diyarlara üz tutmaq məcburiyyətində qalan bir çox Ukrayna vətəndaşı kimi Saakaşvilinin də ölkəyə qayıtmasına şərait yaradılmalı, onun pozulmuş hüquqları bərpa olunmalıdır. (teleqraf.com)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol