• $
  • €
  • ₽
  • ₺
  • £

İraq həbsxanalarında yüzlərlə azərbaycanlı uşaq var – REPORTAJ

İraq həbsxanalarında yüzlərlə azərbaycanlı uşaq var – REPORTAJ
01.05.2019 10:12
"Reuters” agentliyinin əməkdaşı İraqın paytaxtı Bağdadda Rusafa qadın həbsxanasında olub. İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı qadın və uşaqların taleyi müzakirə olunanda bu həbsxana diqqət mərkəzinə gəlir.

"Nolar, evimizə getmək istəyirəm, bizə kömək edin. Burası bizimçün yaxşı yer deyil”,– azərbaycanlı bir qız müxbirə dil töküb. Jurnalist qızın 100-dək uşağın əhatəsində danışdığını yazır.

Bu qruplaşma 2014-cü ildə Suriya və İraqda böyük ərazilər ələ keçirib, kütləvi qətllər, işgəncə, cinsi köləlik gerçəkləşdirib. Bu səbəbdən indi bu həbsxanada qalanların həm təhlükəsizlik riski yaratdığı, həm də özlərinin qisas hədəfi ola biləcəyi düşünülür.

"İlk vaxtlar aramızda inam yaratmaq çətin idi. Hətta çoxu özlərini və uşaqlarını öldürməyə çalışırdılar”, – həbsxananın adını çəkilməsini istəməyən direktoru deyib.

Bu həbsxanada şübhəli İŞİD döyüşçülərinin 1241 əcnəbi arvadı və uşağı saxlanır, onlar 12-dən artıq ölkəni təmsil edir. 774 nəfəri 9 aylıq-15 yaş arasındadır, direktor söyləyib.

Bağdadın imkanları məhdud olduğundan məhkəmə qarşısına çıxarılmayanların öz ölkələrinə göndərilməsini istəyir. Ancaq bu, hüququ baxımdan mürəkkəb, siyasi "zəhərli” məsələ sayıldığından bir çox ölkələr həmin şəxslərin qəbulundan imtina edib. "Bizə paltar, dərman gətirmisən? Doğrudan, bizə dərman lazımdır”, – mavi hicablı azərbaycanlı qız deyib.

Həbsxana direktoru həmin qızın anasının ömürlük həbsə məhkum edildiyini deyir, o, İŞİD-ə üz olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı bilinmir.

"Reuters” yazır ki, Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş ölkələrdəndir, bu sırada Rusiya və Türkiyə də var.  Azərbaycanın Xarici İşlər Nazirliyi İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair hələlik şərh verməyib. 

turkustan.info

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol