• $
  • €
  • ₽
  • ₺
  • £

Qadınları nazir olmayan ölkələr - Azərbaycan və...

Qadınları nazir olmayan ölkələr - Azərbaycan və...
28.05.2020 18:56
Siyasətdə qadınlar və kişilərin bərabərliyi çoxdan bir sıra beynəlxalq sənədlərdə bəyan edilir. 

Yeniavaz.com-un məlumatına görə,bura BMT Baş Assambleyasının 1979-cu ildə qəbul etdiyi Qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğv edilməsi haqqında konvensiya və 1995-ci il tarixli Qadınların vəziyyəti üzrə ümumdünya konfransın Pekin bəyannaməsi daxildir. Lakin hədəflərə doğru addımlar çox zəif atılır. Belə ki, Parlamentlərarası İttifaq və "BMT-qadınlar" təşkilatının apardığı son araşdırmaya əsasən, bütün dünya parlamentarilərin yalnız 24,3 faizi (2019-cu il yanvarın 1-nə olan məlumata görə) qadındır. 1995-ci ildən artım 13 faiz təşkil edib.

Parlamentdə qadınların payı üzrə lider ölkələr:

Ölkə                                            Yer tuturlar                                     %
1. Ruanda                                   80-dən 49-u                                 61,3
2. Kuba                                       605-dən 322-i                               53,2
3. Boliviya                                   130-dan 69-u                                53,1
4. Meksika                                  500-dən 241-i                               48,2
5. İsveç                                       349-dan 165-i                               47,3

Mənbə: BMT-nin Women in politics-2019 məruzəsi, 1.01.2019 tarixinə olan məlumata görə

Qərb yarımkürəsinin ölkə parlamentlərində qadınların payı 30,7 faizdir. Bu, maksimum göstəricidir. Avropa üçün göstərici 28,5 %, Afrika üçün 23,7 %, Asiya üçün 19,6%, Sakit okean regionu üçün 18,4% və Yaxın Şərqlə Şimali Amerika üçün isə 18,1% təşkil edir.
 
İcra hakimiyyətinə gəlincə, burada İspaniya, Nikaraqua və İsveç liderlik edirlər.
 
Hökumətdə qadınların payı üzrə lider ölkələr:

Ölkə                                           Nazir vəzifəsini tuturlar                %
1. İspaniya                                 17-dən 11-ni                                64,7
2. Nikaraqua                              18-dən 10-nu                              53,2
3. İsveç                                      22-dən 12-ni                               54,5
4. Albaniya                                15-dən 8-ni                                  53,3
5. Kolumbiya                             17-dən 9-nu                                 52,9

Mənbə: BMT-nin Women in politics-2019 məruzəsi, 1.01.2019 tarixinə olan məlumata görə

Bir çox ölkədə qadınlar sosial yönümlü nazirliklərə başçılıq edirlər. Lakin vəziyyət getdikcə dəyişir. Belə ki, 2017-ci ildən müdafiə nazirləri olan qadınların sayı 30%, maliyyə nazirləri olan qadınların sayı 52,9% və xarici işlər nazirləri olan qadınların sayı 13,6% artıb.
 
Yalnız kişi nazirlərin olduğu ölkələr də var. Onlar Azərbaycan, Beliz, Bruney, İraq, Kiribati, Litva, Papua-Yeni Qvineya, Sent Vinsent və Qrenadin, Səudiyyə Ərəbistanı, Tailand və Vanuatudur. Qadın dövlət başçıları 152 ölkədən onundadır (seçilənlər nəzərdə tutulub), hökumət başçıları isə 193 ölkədən onundadır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol