Gürcüstan prezidentinin istefası tələbi ilə aksiya keçirildi

Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.
İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!”, "Get Salome, get” şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.
Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.
www.anews.az
























