• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI

Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI
18.09.2014 14:36
Panama ən xoşbəxt ölkələr reytinqinə liderlik edir. Bu barədə “Gallup-Healthways” şirkətinin dərc etdiyi reytinqdə deyilir. Siyahıda uğursuz ölkələr də qeyd olunub. ANN.Az xəbər verir ki, reytinqin ilk onluğuna Panama ilə yanaşı, Kosta-Rika, Danimarka, Avstriya, Braziliya, El-Salvador, Uruqvay, İsveç, Kanada və Qvatemala daxildir. Ən uğursuz ölkələr siyahısında Suriya, Əfqanıstan, Haiti, Konqo Demokratik Respublikası, Çad, Madaqaskar, Uqanda, Benin, Xorvatiya və Gürcüstan yer alıb. “Gallup-Healthways” şirkətinin qlobal rifah reytinqi ölkələri vətəndaşların maddi rifahı, onların sosial müdafiə hissi, yaxınlarına münasibətləri, həyatdakı məqsədlərini anlaması, fiziki sağlamlıq kimi göstəricilər üzrə qiymətləndirir. Mütəxəssislər qeyd ediblər ki, uğursuz ölkələr siyahısında tez-tez silahlı münaqişələrə cəlb edilən dövlətlər yer alır. Bununla yanaşı, xoşbəxtlik səviyyəsinə bəzən mentalitet xüsusiyyətləri təsir edir. Məsələn, regionlar üzrə ən yaxşı rifah göstəricisini Cənubi Amerika nümayiş etdirib. Hesabat müəlliflərinin fikrincə, buna optimist milli xarakter təsir göstərib. Müqayisə üçün qeyd edək ki, Şimali Amerikada ABŞ uğurlu ölkələr reytinqində yalnız 14-cü yerlə kifayətlənib. Kanadada hər üçüncü sakin beş göstəricidən üçü üzrə həyatdan razılığını bildirib.
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol