İsrail siyasətində bomba partladı: Gözlənilməz istefa

ANN.Az xəbər verir ki, o, heç kimin gözləmədiyi halda siyasətlə vidalaşmaq istədiyini açıqlayıb. Bu istefa İsrailin siyasət dünyasında bomba effekti yaradıb.Saar istefaya getmək istəyini yəhudilərin Yeni il bayramına həsr olunmuş Likud Partiyasının ənənəvi yığıncağında açıqlayıb. O, qeyd edib ki, onun fəsiləyə ehtiyacı var, özünü ailəsinə və uşaqlarına həsr etməklə yanaşı, siyasətdən kənar digər sahələrdə çalışmaq fikirindədir.Amma bir çox ekspertlər hesab edirlər ki, Saar yaxın gələcəkdə İsraildə keçiriləcək baş nazir postuna ən real namizədlərdən biridir və o, bu seçkilərə hazırlaşmaq məqsədilə öz postundan istefa verib.İsrailin "Kanal 10" televiziyası istefa qərarının baş nazir Netanyahunun hökumət və partiya daxilində müxalifətin güclənməsi, "böyük ssenarilərə səhnə hazırlığı" deyərək qiymət verib.İsrailin xarici işlər naziri Aviqador Liberman bu istefanı təəssüflə qarşıladığını və "Hökumət ən yaxşı nazirlərindən birini itirdi" - deyərək reaksiya verib.Bəzi İsrail mənbələri Saarın bundan əvvəl Likud Partiyasından istefa verən Moşe Kahlonla birlikdə ittifaq yaradacağını iddia edirlər. Ümumiyyətlə, Saar uzun müddətdir ki, ölkədə Netanyahuya ən real rəqib kimi tanınır və onun baş nazir postu üçün aparılacaq mübarizəyə qatılacağı gözlənilir. ANN.Az
























