Şotlandiyanın taleyi həll olunur, Kataloniya da ayağa qalxdı

Bu gün Şotland xalqı öz gələcək taleyini həll edəcək referenduma gedir.
ANN.Az BBC-ə istinadən xəbər verir ki, referendumun yüksək fəallıq gözlənilir – səsvermədə iştirak etmək üçün 4 milyon nəfərdən çox adam qeydiyyatdan keçib.
Şotlandiyada 2608 səsvermə məntəqəsi açılıb. Onlar səhər saat 7-dən axşam saat 22-dək (Bakı vaxtı ilə saat 11:00-dan gecə saat 02:00-dək) işləyəcəklər.Referendumun nəticələrinin sentyabrın 19-da elan olunacaq. Dünya mediasının qənaətinə görə, referendumun nəticələrindən asılı olmayaraq, Böyük Britaniya heç vaxt əvvəlki kimi olmayacaq. Referendumun rəsmi nəticələri Şotlandiyanın bütün 32 inzibati bölgələrindən nəticələr daxil olduqdan sonra elan ediləcək. Bu arada Avropadakı digər müstəqillik istəyən xalqlar Şotlandiyaya həmrəylik nümayiş etdiriblər. İspaniyanın şəqrində yerləşən Kataloniya müstəqillik istəyən vətəndaşları mitinq keçirərək şüarlar səsləndiriblər. Katalonlar eyni zamanda özlərinin də müstəqilliklərinə dair çıxışlar ediblər.
ANN.Az
























