İŞİD daha bir qətliama hazırlaşır - Qobani

İraqda məğlubiyyətlərə uğrayan İŞİD bu dəfə Suriyada hərəkətə keçib. İndi İŞİD-in hədəfi kürt bölgəsi olan Qobanidir. ANN.Az türk mediasına istənadən xəbər verir ki, ötən gün İŞİD silahlılarının Suriyanın Qobanı əyalətinə doğru irəlilədiyi, hücumlar etdiyi deyilir. Bu barədə Suriyadakı Demokratik Birlik Partiyasının (kürtcə "PYD") həmsədri Salih Müslüm öz twitter hesabından məlumat yayıb. O, İŞİD-in ağır silahlar istifadə etdiyini və terroristglərin Sincar bölgəsində törətdiyi dəhşətli qətliamlara bənzər hadisələrin Qobanidə də həyata keçirilmə ehtimalından yazıb.Salih Müslüm sosial şəbəkə vasitəsilə beynəlxalq ictimaiyyətdən yardım istəyib.ANN.Az
























