Aleksandr Kokorinlə Pavel Mamayevə hökm oxunub

Rusiyanın "Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevə hökm oxunub.
"Report” xəbər verir ki, Moskvanın Presnenski rayon məhkəməsi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, A.Kokorini 1,5 illik, P.Mamayevi isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.
Davanın digər iştirakçıları – Kokorinin qardaşı Kirill 1,5 illik, onların dostu Aleksandr Protasovitskiyə isə 1 il 5 ay iş kəsilib.
www.anews.az
























