Yaponiyadan Rusiyaya qarşı sərt qərar

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
ANN.Az-ın Kyodo.co informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, məlumatı Yaponiya dövlət rəsmiləri təsdiqləyib.
Yapon qəzeti "Yomiuri"-yə görə sanksiya paketinə 19 maddə daxildir. Aktivləri dondurulmuş rusların Yaponiyaya girişi qadağan ediləcək. Məhdudiyyətlər həmçinin enerji və maliyyə sektorlarına təsir göstərə bilər.
Xatırladaq ki, Yaponiya Rusiyaya qarşı ilk sanksiya paketini bu ilin mart ayında qəbul edib. Rusiyanın Krıma müdaxiləsindən sonra Yaponiya Rusiya ilə arasındakı viza rejiminin sadələşdirilməsi və ortaq layihələrlə bağlı bir sıra danışıqları dayandırıb.
Avqust ayında Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları artırıb və Rusiya buna cavab olaraq, bir sıra yapon vətəndaşlarına viza qadağası qoyub.
ANN.Az
























