İsveç kralı qəzaya uğradı - FOTO

İsveç kralı 16-cı Karl Qustavın içərisində olduğu avtomobil qəzaya uğrayıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik işçilərinin müşayiəti ilə saraydan çıxıb hava limanına gedən avtomobil qəza törədib. Kral qəza nəticəsində zədə almayıb. Maşın qəfil dönüş edən digər avtomobillə toqquşub. Avtomobilə ciddi ziyan dəyib.ANN.Az

























