İnsanlar 500 ildə 322 heyvan növünü kəsiblər

Elm adamları nəsli kəsilmiş heyvan növləri ilə bağlı araşdırma aparıb.ANN.Az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, son 500 ildə 322 növ heyvanın nəsli kəsilib. Bunun son iki ildə daha da sürətləndiyi də məlum olub. Belə bir nəticəyə gəlinib ki, xüsusilə suda-quruda yaşayan və onurğalı canlıların həyatı daha çox risk altına düşür. Onurğalıların sayının insan sayından 2 dəfə çox olmasına baxmayaraq son 35 ildə sayları yarıbayarı azalıb. Ekoloq və zooloqlara xəbərdarlıq edən alimlər əgər bunun qarşısı alınmazsa, vəziyyət daha da pisləşəcək, planetin mövcudluğu təhlükə altına düşəcək.Heyvanların uzunömürlü olması üçün karbondan azad texnologiyalardan istifadə edilməsi məsləhət görülür.ANN.Az
























