"Suriya müxalifəti ABŞ silahlarını İŞİD-ə satır" - The Independent

"İndependent" qəzetinin verdiyi xəbərə görə, rəsmi Suriya ABŞ-a İŞİD-lə bağlı məktub yollayıb. Əsəd hakimiyyəti İŞİD-ə qarşı işbirliyi qurmaq təklifi ilə çıxış edib.ANN.Az BBC-yə istinadən xəbər verir ki, "Əsəd"in Amerikaya məktubu" məqaləsində müəllif Robert Fisk "Suriya Vaşinqtona yazdığı rəsmi məktubunda düşmən elan etdiyi dövləti İŞİD-ə qarşı döyüşmək üçün əməkdaşlığa çağırdı" - bildirir. Müəllif hesab edir ki, bu rəsmi müraciəti ilə Əsəd hakimiyyəti prezident Barak Obamanı diplomatik sualla qarşı-qarşıya qoyur: "Əsəd hakimiyyəti ilə hər hansı bir əməkdaşlığın məsuliyyəti isə çox böyük ola bilər".
Fisk yazır ki, Obama bu təklifi rədd etmək məcburiyyətindədir, amma bunu bir az da olsa, utanc hissi olmadan edə bilməyəcək.Qeyd edək ki, ABŞ konqresinə, senatorlara ünvanan rəsmi məktubu Suriya parlamentinin sözçüsü Mühəmməd Cihad əl Laham yazıb. Məktubda ABŞ-ın İŞİD-ə qarşı döyüşməsi üçün Suriya ilə əməkdaşlığa çağırış ifadə olunub. Qeyd olunur ki, parlament sözçüsü Əsəh hakimiyyətinə qarşı döyüşən müxalifət qüvvələrinin İŞİD-dən heç nə ilə fərqlənmədiyini yazır: "Bu müxalifət bir günahsızı, başı kəsilən amerikalı jurnalisti İŞİD-ə satdı".Rəsmi sənəddə o da qeyd olunur ki, Suriyadakı müxalif qüvvələr heç bir tərəddüd etmədən əllərindəki silahları, o cümlədən ABŞ silahlarını İŞİD-ə satmaqla məşğuldur."İndependent" müəllifi Fisk öz məqaləsinin sonunda təxminən bir il əvvəl ABŞ-ın Suriya rejimini bomba və mərmilərlə yerlə bir etmək istədiyini, indi isə "İŞİD rejimini bomba və mərmilərlə imtahana çəkmək niyyətində olduğunu, Suriyanın Vaşinqtondan istədiyi dəstək üçün bir nəticə hasil edəcəyini" yazır.
Fisk yazır ki, Obama bu təklifi rədd etmək məcburiyyətindədir, amma bunu bir az da olsa, utanc hissi olmadan edə bilməyəcək.Qeyd edək ki, ABŞ konqresinə, senatorlara ünvanan rəsmi məktubu Suriya parlamentinin sözçüsü Mühəmməd Cihad əl Laham yazıb. Məktubda ABŞ-ın İŞİD-ə qarşı döyüşməsi üçün Suriya ilə əməkdaşlığa çağırış ifadə olunub. Qeyd olunur ki, parlament sözçüsü Əsəh hakimiyyətinə qarşı döyüşən müxalifət qüvvələrinin İŞİD-dən heç nə ilə fərqlənmədiyini yazır: "Bu müxalifət bir günahsızı, başı kəsilən amerikalı jurnalisti İŞİD-ə satdı".Rəsmi sənəddə o da qeyd olunur ki, Suriyadakı müxalif qüvvələr heç bir tərəddüd etmədən əllərindəki silahları, o cümlədən ABŞ silahlarını İŞİD-ə satmaqla məşğuldur."İndependent" müəllifi Fisk öz məqaləsinin sonunda təxminən bir il əvvəl ABŞ-ın Suriya rejimini bomba və mərmilərlə yerlə bir etmək istədiyini, indi isə "İŞİD rejimini bomba və mərmilərlə imtahana çəkmək niyyətində olduğunu, Suriyanın Vaşinqtondan istədiyi dəstək üçün bir nəticə hasil edəcəyini" yazır.ANN.Az
























