• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ hərbçiləri fiziki vəziyyəti izləyən cihazlarla təchiz ediləcək

ABŞ hərbçiləri fiziki vəziyyəti izləyən cihazlarla təchiz ediləcək
28.05.2020 21:50
ABŞ Ordusu hərbi qulluqçuların fiziki vəziyyətini izləyən və qan təzyiqinin artması, susuzluq və yuxu çatışmazlığına görə qavramaq qabiliyyətinin pozulması barədə xəbərdarlıq edən cihaz hazırlamağı planlaşdırır. Bu barədə ABŞ Quru Qoşunların saytında general-leytenant Cozef Karavaloya istinadən məlumat verilib. Hərbi tibbi işləmələrə həsr edilən konfransda C.Karavalo bildirib ki, perspektiv cihazlar kənardan təhlükələr (məsələn, kimyəvi çirkləndirmə və ya ətraf mühitin döyüşçünün sağlamlığına zərər verən digər fövqəladə vəziyyətlər) yaranan zaman siqnal verərək xəbərdarlıq da edəcək. Ordu nümayəndəsinin sözlərinə görə, cihazlar artıq 2015-ci ildə təqdim ediləcək.   ABŞ Ordusunun mətbuat xidmətinin istinad etdiyi Massaçusets Texnoloji İnstitutunun doktoru Ceffri Palmer qeyd edib ki, hərbi qulluqçuların biomolekulyar və psixoloji göstəricilərinin daimi monitorinqi onların döyüşdə effektivliyini xeyli artıra bilər. Evansvilya Universitetinin alimi Fil Pliski öz növbəsində bəyan edib ki, döyüşçünün vəziyyətinə nəzarət fiziki travmaların qarşısını almağa kömək edəcək. Hərbi qulluqçuların qarşılaşdığı fiziki risklərin tədqiqatında ABŞ Ordusuna Beylor Universitetinin mütəxəssisləri yardım edir. Yeni monitorinq sistemlərinin sınaqlarına 1750 hərbi qulluqçunun cəlb edilməsi planlaşdırılır. Döyüşçülərin sağlamlıq vəziyyəti haqqında məlumatlar sağlamlıq üçün mümkün təhlükələri müəyyən edən kompüterə daxil olacaq və belə risklər aşkar olunan zaman hərbi qulluqçu tibbi müayinəyə göndəriləcək. Bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin hərbi qulluqçunun qanının analizi üçün portativ aparatın hazırlanmasına sifariş verməsi məlum olub. Aparat vasitəsilə həmçinin kəllənin travmasına diaqnozun qoyulması nəzərdə tutulur.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol