Marqaret Tetçerin katibi olmuş lord: "Quran" qadağan olunsun!"

İngilis lord Kristofer Monkton "Quran"ın bəzi hissələrinin insanları şiddətə sürükləməsini iddia edərək cihad ayələrinə qadağa qoyulmasını istəyib.ANN.Az türk mediasına istinadən xəbər verir ki, ingilis lord "Quran"ın cihada çağırış ayələrinin cəmiyyətdə yayılmasının qarşısının alınması üçün qadağa qoyulması təklifi ilə yanaşı, həmin ayələri oxuyub ətrafdakılara izah edən din xadimlərinin cəzalandırılmasını da istəyib. İngiltərədə həddindən artıq sağ görüşləri ilə diqqət çəkən saytlardan biri ingilis lordun belə bir təkliflə ABŞ-da çıxış etdiyini bildirib. Məqalədə lordun nə üçün belə bir təkliflə ABŞ-da çıxış etməsinə diqqət çəkib. Vaxtilə baş nazir Marqaret Tetçerin katibi olan Monkton öz məqaləsində "Son əsrdə dünyadakı terror hadisələrinin hardasa hamısını müsəlmanlar Allah adından gerçəkləşdirirlər. Nədən? Çünki onlar öz kitablarından başqa birisinə baxmağa ehtiyac görmürlər. Dünyanın qorxaq idarəçiləri isə gələcək hər hansı təpkilərdən çəkinərək "Quran"ın bu şəkildə dərc olunmasını və yayılmasını qadağan edə bilmirlər. "Quran"ın şiddət yayan hissələrinin siyahısı tutulmalıdır. Bu hissələrin ictimaiyyətdə oxunmasına qadağa qoyulmalı, əgər kimsə oxuyarsa, uzunmüddətli həbs cəzası kəsilməlidir".Lord hesab edir ki, "Quran"ın insanı radikallaşdıran çox hissələri var.
ANN.Az
























