• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda yeniyetmə fahişəliyi bəlaya çevrilib - FOTOLAR

Gürcüstanda yeniyetmə fahişəliyi bəlaya çevrilib - FOTOLAR
16.09.2014 17:21
Bu yaxınlarda "EurasiaNet.Org" resursunda, Gürcüstanda yeniyetmə fahişəliyinin artması və bunun ölkə üçün böyük problemə çevrilməsi barədə məqalə dərc edilib. ANN.Az həmin məqaləni oxucuların diqqətinə təqdim edir:“Qızılgül İnqilabı meydanı və çox gözəl "Radisson-BluHotel" mehmanxanası yaxınlığında yarıdağınıq, bunker tipli sığınacağı olan çirkli yeraltı labirint yerləşir, burada türk və yaxın şərq rəqs musiqisi eşidilir. Bu yerdə spirtli içkilər verilir və striptiz göstərilir. Öz həyatlarının böyük qismini küçədə keçirmiş həddi-buluğa çatmamış qızlar üçün, gecə klubları fahişə kimi işləməyə imkan yaradır. Bu problem getdikcə daha böyük həyəcan və qorxu doğurur. Dəqiq məlumatların yoxluğu onu deməyə əsas verir ki, 4,49 milyon əhalisi olan bu Cənubi Qafqaz ölkəsində nə qədər uşağın seksual istismara məruz qalmasını heç kəs bilmir. Bununla belə, sosial təminat üzrə mütəxəssislər iddia edirlər ki, uşaqların acınacaqlı ev həyatından qaçıb, pul qazanmaq üçün küçəyə çıxmasına səbəb yoxsulluq şəraitidir.Uşaqların qurtuluşu üzrə 2002-ci ildə aparılmış tədqiqat göstərdi ki, Gürcüstanın dörd iri şəhərində (Tiflis, Kutaisi, Batumi, Rustavi) maksimum 1500 uşaq yaşayır, hərçənd "WorldVision" beynəlxalq humanitar təşkilatı bildirir ki, kimsəsiz uşaqların sayı 2500 nəfərə çatır.Bu uşaqların əsas gəlir mənbəyi dilənçilikdir, bunun sayəsində onlar gündəlik 20-50 lari ($ 11-$ 30) pul qazanırlar. Bu məbləğ Gürcüstanın gündəlik orta əmək haqqına bərabərdir. Məlumatlar Gürcüstan Milli Statistika Bürosu tərəfindən verilmişdir". www.eurasianet.org/node/69306ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol