• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-a müharibə XƏBƏRDARLIĞI: "Hər şey edəcəyik"

ABŞ-a müharibə XƏBƏRDARLIĞI: "Hər şey edəcəyik"
29.05.2020 04:15
"Yaxın Şərqdə hərbi gərginliyin artmasının qarşısını almaq üçün hər şey edəcəyik”.
Anews.az xəbər verir ki, bunu Almaniyanın Xarici işlər naziri Hayko Maas deyib.

Federal məclisdə İran ilə əldə olunan nüvə razılaşmasına dair təşkil olunan iclasda danışan nazir bildirib ki, nüvə razılaşması uğursuzluğa düçar olarsa, region müharibə ocağına çevriləcək."Yaxın Şərqdə vəziyyət kritikdir. Bölgə müharibəyə doğru gedir. Bunun üçün kiçik bir qığılcım da kifayət edər. Vəziyyət, xüsusilə, Avropanın təhlükəsizliyi üçün ağır nəticələr doğuracaq. Hərbi münaqişənin yaranmaması üçün əlimizdən gələni etməliyik. İran bu günə qədər nüvə razılaşmasına sadiq qalıb. Çoxtərəfli əməkdaşlıq burada uğur qazandı” – Maas qeyd edib.

Xarici işlər naziri ABŞ-ın bu razılaşmadan geri çəkilməsinə hələ də məna verə bilmədiyini deyib: "Təktərəfli, maksimum təzyiq mexanizminin bizi irəliyə doğru aparacağına inanmırıq. Maksimum təzyiq hər zaman istənməyən gərginliyi artırmaq riski daşıyır. Son günlərdə yaşananlar bu riskin konkret və aydın göstəricisidir. Avropa İttifaqı ölkələru nüvə razılaşması mövzusunda birgə hərəkət edir və 28 ölkə İran ilə əldə olunan razılaşmanın arxasında dayanıb. İran da öz növbəsində sazişə sadiq qalmalıdır”.

Hayko Maas Brüsseldə bazar ertəsi Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşünü xatırladıb və ABŞ ilə eyni hədəflərin arxasınca getdiklərini, lakin bunun üçün fərqli yollar seçdiklərini bildirib.(publika)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol