İranın xarici işlər naziri ABŞ-a getdi

ANN.Az İRNA-ya istinadən xəbər verir ki, görüşlər Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonla başlayacaq. Daha sonra digər ikitərəfli görüşlər həyata keçiriləcək.İranla BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın təmsilçiləri arasında ötən il keçirilən görüşlərdə beynəlxalq sərmayələrin artırılması qarşılığında Tehranın da nüvə proqramını azaltmasına dair razılaşma olmuşdu. Əvəzində İrana qarşı tətbiq edilən sanksiyaların 7 mlrd dollar həcmində "yüngülləşdirilməsi" nəzərdə tutulmuşdu. Sonradan bu razılaşmanın müddətini uzadılması ilə bağlı dəfələrlə görüş keçirilsə də, müəyyən nəticə ortaya çıxmamışdı.ANN.Az
























